Oğuzda meşəlik ərazidə yanğın baş verib

Oğuzda meşəlik ərazidə yanğın baş verib
# 25 iyun 2021 23:20 (UTC +04:00)

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında meşəlik ərazidə 1,5 ha quru ot, kol-kos və 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, meşə zolağı və əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR