Oğuzda minik avtomobili konbayna çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO - YENİLƏNİB

Oğuzda minik avtomobili konbayna çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 19 iyun 2021 21:46 (UTC +04:00)

Oğuzda idarə etdiyi avtomobili kombayna çırpan sürücünün kimliyi məlum olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan rayonun Top kənd sakini, Tapdıq Cəlal oğlu Atlıyevdi.

Ona Oğuz RMX-da ilkin yadım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.


***

20:48

Oğuzda “VAZ 2106” markalı minik avtomobili taxıl biçən konbayna çırpılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Oğuz-Qumlaq avtomobil yolunda baş verib.

Qəza zamanı “VAZ 2106” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda yaralıya tibbi yardım göstərilir, şəxsiyyəti dəqiqləşdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR