Oğuzda minik maşını aşıb, xəsarət alan var - FOTO

Oğuz, yol qəzası

© APA | Oğuz, yol qəzası

# 18 iyun 2021 15:43 (UTC +04:00)

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 12:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonundan keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəki sakini Muradov İlqar Oktay oğlu “Opel Astra” markalı, 55 BN 253 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirib. Avtomobil yolun kənarına çıxaraq aşıb. Nəticədə onun sərnişini, 1988-ci il təvəllüdlü Şəki sakini Tanrıverdiyev Anar Telman oğlu xəsarət alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR