Oğuzda polis əməkdaşı yol qəzasında ölüb, daha bir polis əməkdaşı ağır yaralanıb - YENİLƏNİB

Şamxal Seyidəliyev

© APA | Şamxal Seyidəliyev

# 12 noyabr 2021 13:36 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Oğuzda polis əməkdaşının öldüyü yol qəzası barədə məlumat açıqlayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də saat 4 radələrində Oğuz şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri almış sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz RPŞ tərəfindən araşdırma aparılır.

***

11.58

Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.

Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şəki RMX-da İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR