Ölkədə oğurluqlar azalıb

Elşad Hacıyev, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi

© APA | Elşad Hacıyev, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi

# 07 dekabr 2021 10:06 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb.

APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi əmlak üzrə oğurluqları 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub: "Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır. Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR