Ötən ay dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 06 sentyabr 2021 16:55 (UTC +04:00)

Bir ay ərzində polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin miqdarı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.

Sözügedən müddət ərzində aşkar edilərək götürülən narkotik vasitə "patı"nın miqdarı isə 21 kq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR