Ötən gün 131 nəfər toya buraxılmayıb, 15 nəfər cərimələnib

Ötən gün 131 nəfər toya buraxılmayıb, 15 nəfər cərimələnib
# 18 noyabr 2021 10:42 (UTC +04:00)

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 131 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR