Ötən gün 6 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib

Ötən gün 6 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib
# 25 noyabr 2021 10:46 (UTC +04:00)

Noyabrın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR