Ötən gün 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

Ötən gün 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb
# 27 noyabr 2021 10:41 (UTC +04:00)

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR