Ötən gün toy qaydalarını pozan 2 nəfər həbs olunub, 14 nəfər cərimələnib

Ötən gün toy qaydalarını pozan 2 nəfər həbs olunub, 14 nəfər cərimələnib
# 27 oktyabr 2021 10:43 (UTC +04:00)

Oktyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə həbs edilib. 14 nəfər cərimə olunub, 1 nnəfər barəsində araşdırma aparılır.

147 nəfər COVİD-19 pasportu olmadığı üçün şənliklərə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR