Ötən gün toy qaydalarının pozulmasına görə 11 nəfər cərimələnib, 143 nəfər şənliklərə buraxılmayıb

Ötən gün toy qaydalarının pozulmasına görə 11 nəfər cərimələnib, 143 nəfər şənliklərə buraxılmayıb
# 06 noyabr 2021 12:49 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublikanın digər ərazilərində ötən gün 74 toy şənliyində monitorinqlər keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər 65 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə isə 143 nəfər toy şənliklərinə buraxılmayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR