Ötən gün toylarda karantin qaydalarının pozulmasına görə 90 nəfər cərimələnib, 1 nəfər həbs edilib

Ötən gün toylarda karantin qaydalarının pozulmasına görə 90 nəfər cərimələnib, 1 nəfər həbs edilib
# 30 iyul 2021 10:11 (UTC +04:00)

İyulun 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 217 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 90 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 219 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR