Ötən gün yaşayış yerini tərk edən 10 COVID-19 xəstəsi saxlanılıb

Ötən gün yaşayış yerini tərk edən 10 COVID-19 xəstəsi saxlanılıb
# 14 sentyabr 2021 11:25 (UTC +04:00)

Sentyabrın 13-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR