Ötən il Göyçayda qətl törədən şəxsin məhkəməsi başlayır

Ötən il Göyçayda qətl törədən şəxsin məhkəməsi başlayır
# 03 iyun 2021 16:56 (UTC +04:00)

Prokurorluq Göyçayda ötən il baş verən qətllə bağlı məlumat yayıb. 

Göyçay rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 18.02.2020-ci il tarixdə Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Polad Salehovu qəsdən öldürüb.
Ruslan Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR