Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin daha bir neçə nəfərinə şərti cəza verilib

Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin daha bir neçə nəfərinə şərti cəza verilib
# 21 iyun 2021 18:43 (UTC +04:00)

Bu gün Bakı Apelyasiya Məhkəməsinin inzibati bnasında Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən şəxslərdən daha bir neçə nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu barədə APA-ya vəkil Azər Rəsulov məlumat verib.

Vəkil bildirib ki,  hakim Azər Tağıyevin  sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən 12 nəfər (Asif Yusifli, Seymur Əhmədov, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov, Dəyanət Mövlayev, Kamil Mahmudov, Siyavuş Mustafayev, Elçin Mehdiyev, Taleh Məmişov, Şəmsi Rəhimli, Pərvin Çobanov) barəsində müəyyən müddətdə sınaq müddəti seçilərək şərti cəza verilib.
Bundan başqa, AXCP üzvi Ruslan Əmirova da şərti cəza verilib. 

Qeyd edək ki, ittihama əsasən, həmin şəxslər 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsində təqsirli biliniblər.
Barələrində həbsqətimkan tədbiri seçilən şəxslər daha sonra ev dustaqlığına buraxılıblar.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq üç qrupa bölünməklə aparılıb. Ötən 12 nəfərə şərti cəza verilib.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR