Ötən sutka FHN-nin qəza-xilasetmə əməliyyatları zamanı 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 13 iyun 2021 14:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR