Özbəkistan vətəndaşı Bakıda qətlə yetirilib

Özbəkistan vətəndaşı Bakıda qətlə yetirilib
# 31 iyul 2021 10:59 (UTC +04:00)

İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini, Özbəkistan Respublikası vətəndaşı,1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR