Özünü ETSN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə 10 il iş verilib

Özünü ETSN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə 10 il iş verilib
# 01 oktyabr 2021 12:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından istifadə edib insanların pulunu almaqda təqsirləndirilən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, İ.Mikayılov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Mikayılov özünü ETSN-in əməkdaşı və həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR