Özünü polis kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs saxlanılıb

Elnur Əlizadə, özünü polis kimi təqdim edən şəxs

© APA | Elnur Əlizadə, özünü polis kimi təqdim edən şəxs

# 30 oktyabr 2021 10:50 (UTC +04:00)

Özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib. Belə ki, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.

Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa, polisə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR