Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər keçirilir

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər keçirilir

© APA | Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər keçirilir

# 08 sentyabr 2021 14:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbiri keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, tədbirdə müəssisənin rəhbər və işçi heyəti iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb.

Bundan başqa, su mənbələri istiqamətində yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR