Penitensiar Xidmət: Pandemiya dövründə məhbuslar arasında koronavirusa cəmi 561 yoluxma  qeydə alınıb

Penitensiar Xidmət: Pandemiya dövründə məhbuslar arasında koronavirusa cəmi 561 yoluxma  qeydə alınıb
# 29 iyul 2021 12:09 (UTC +04:00)

Koronavirus infeksiyası pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

APA xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib: "Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb. Bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil edib. Bu sahədə Penitensiapr xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR