Penitensiar xidmətin əsgəri intihar edib

Penitensiar xidmətin əsgəri intihar edib
# 31 may 2021 10:49 (UTC +04:00)

Penitensiar xidmətin əsgəri özünü güllələyib.

Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün gecə saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, 2003-cü il təvəllüdlü əsgər Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ölüm faktını təsdiq edib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR