Penitensiar xidmətin nöqsanlara yol verən 87 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Penitensiar xidmət

© APA | Penitensiar xidmət

# 29 iyul 2021 12:00 (UTC +04:00)

Bu il Penitensiar Xidmətin xidməti fəaliyyətlərində nöqsanlara yol verən, habelə etik davranış qaydalarının pozulması hallarına yol vermiş 87 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

APA xəbər verir ki, bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
O bildirib ki, dövr ərzində şəxsi heyət arasında nizam-intizamın gücləndirilib, əməkdaşların məsuliyyət hissinin yüksəldilməsi və etik davranış qaydalarına ciddi riayət olunması məqsədilə zəruri tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR