Pentensiar Xidmət polislə birgə əməliyyat keçirib: Məhkumun evindən narkotik götürülüb

Həbsdə olan şəxsin evindən narkotik götürülüb

© APA | Həbsdə olan şəxsin evindən narkotik götürülüb

# 04 avqust 2021 18:16 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Pentensiar Xidmətdən APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovun Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR