Polis Bakıda avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyətini müəyyənləşdirir - FOTO

Polis Bakıda avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyətini müəyyənləşdirir - FOTO
# 13 noyabr 2021 12:47 (UTC +04:00)

Xəzər rayonunda yol nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub.

Hadisə zamanı piyada ölüb. Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

“Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72- 03, (012)- 456-03-02, (055) – 359-21-35 və (050) – 717- 07- 67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR