Polis Şabranda avtomobilin vurub öldürdüyü şəxsin kimliyini araşdırır - FOTO

Şabranda avtomobilin vuraraq öldürdüyü  naməlum şəxs

© APA | Şabranda avtomobilin vuraraq öldürdüyü naməlum şəxs

# 04 dekabr 2021 19:02 (UTC +04:00)

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, hadisə dünən axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR