Polisin "saxla" əmrinə tabe olmayan sürücü vətəndaşların köməyi ilə saxlanılıb - VİDEO

Polisin "saxla" əmrinə tabe olmayan sürücü vətəndaşların köməyi ilə saxlanılıb - VİDEO
# 25 sentyabr 2021 10:37 (UTC +04:00)

Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

APA-nın məlumatına görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K. Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR