Probasiya idarələrindən daha 20 məhkum Amnistiya aktı ilə bağlı cəzadan azad edilib

Bakı şəhər Probasiya İdarəsində Amnistiya aktının icrası ilə bağlı tədbir

© APA | Bakı şəhər Probasiya İdarəsində Amnistiya aktının icrası ilə bağlı tədbir

# 01 dekabr 2021 11:23 (UTC +04:00)

Bu gün Bakı şəhər Probasiya İdarəsində Amnistiya aktı tətbiq edilən məhkumlara qərarın təqdim olunması ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bu gün 20 məhkuma qərar təqdim olunub. Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər, şərti məhkum edilmiş və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir.

Qeyd edilib k, ümumilikdə ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR