Prokuror ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərə şərti cəza istəyib

Prokuror ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərə şərti cəza istəyib
# 11 iyun 2021 14:32 (UTC +04:00)

Bu gün Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən bir qrupun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR