Prokurorluğun gənc əməkdaşları “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

Prokurorluğun gənc əməkdaşları “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

© APA | Prokurorluğun gənc əməkdaşları “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

# 24 iyun 2021 12:52 (UTC +04:00)

26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Prokurorluğun gənc əməkdaşları “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, 44 günlük Vətən müharibəsi minilliklərlə tarixi olan Azərbaycan xalqının hərb salnaməsinə yazılmış ən şanlı qələbədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdrilərək 30 ilə yaxın azadlıq həsrətilə yanan torpaqlarımızın erməni işğalından azad olunması ilə nəticələnib. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Qələbə bütün dünyaya Azərbaycan xalqının və silahlı qüvvələrinin iradəsini, əzmini və gücünü nümayiş etdirib.

Şanlı Qələbəmizin təzahürü olan “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin, o cümlədən erməni silahlı qüvvələrinin terror niyyətinin və vəhşiliklərinin bütün dünyaya nümayiş olunması məqsədi ilə yaradılmış açıq hava muzeyidir.
2021-ci il iyunun 24-də gəzinti zamanı prokurorluğun gənc əməkdaşlarına şanlı Azərbaycan orudusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Həmçinin, gənc prokurorluq işçiləri düşmənin hərbi texnikalarına məxsus nömrələrdən, eyni zamanda düşmən qüvvələrinin Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə və sivil əhaliyə hücumunun  ağır nəticələrini özündə əks etdirən foto şəkillərdən ibarət lövhələrlə tanış olublar.
Sonda Baş Prokurorluğun kollektivi xatirə fotoşəkli çəkdirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR