Prokurorluq aliment miqdarının müəyyənləşməsi ilə bağlı izah verib - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 26 oktyabr 2021 11:50 (UTC +04:00)

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Alimentin miqdarı necə müəyyən edilir?”sualını cavablandırıb.
Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR