Prokurorluq: AMEA Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxsləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 04 noyabr 2021 18:57 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilib, digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı hazırda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR