Prokurorluq Bakıda ustanın cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb

Prokurorluq Bakıda ustanın cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb
# 11 oktyabr 2021 10:54 (UTC +04:00)

Prokurorluq Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən sexdə ustanın cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.
Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hzırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR