Prokurorluq: Bu il 3 ayında 4002 cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 26 may 2021 11:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat ximdətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə 4002-dir.

Belə ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılmış 4002 cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR