Prokurorluq Daşkəsəndə toyda baş verən qətllə bağlı məlumat yayıb

Daşkəsəndə toyda qətl

© APA | Daşkəsəndə toyda qətl

# 26 iyul 2021 09:39 (UTC +04:00)

İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olunub.

Daşkəsən rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR