Prokurorluq əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlara müraciət edib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 17 noyabr 2021 10:57 (UTC +04:00)

Baş Prokurorluq əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlara müraciət edib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.
Prokurorluğun hazırladığı videoda əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlara müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR