Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər - FOTO

Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər

© APA | Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər

# 28 sentyabr 2021 17:17 (UTC +04:00)

Bu gün prokurorluq əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirlib ki, ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR