Prokurorluq İmişli sakininin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb

Prokurorluq İmişli sakininin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb
# 06 sentyabr 2021 10:07 (UTC +04:00)

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR