Lənkəran morqunda meyitin yarılmaması üçün rüşvət istənilməsi barədə məlumatlar araşdırılır

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 21 iyun 2021 14:31 (UTC +04:00)

Prokurorluq sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində yol qəzasında ölən şəxsin meyitinin yarılmaması müqabilində 600 manat rüşvət istənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin fakt hazırda Lənkəran rayon Prokurorluğunda araşdırılır: "Araşdırmanın nəticəsindən aslı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində rüşvət faktı ilə bağlı video materiallar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR