Prokurorluq Lənkəranda 62 yaşlı kişinin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb

Prokurorluq Lənkəranda 62 yaşlı kişinin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb
# 13 oktyabr 2021 10:56 (UTC +04:00)

Prokurorluq Lənkəran sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat yayıb.

Lənkəran rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR