Prokurorluq Lənkəranda baş verən ana ölümü ilə bağlı araşdırma aparır

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 26 may 2021 17:03 (UTC +04:00)

Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR