Prokurorluq Mingəçevirdəki qətllə bağlı məlumat yayıb

Prokurorluq Mingəçevirdəki qətllə bağlı məlumat yayıb
# 05 iyul 2021 09:43 (UTC +04:00)

İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR