Prokurorluq restoranda cərəyan vurması nəticəsində ölən şəxslə bağlı məlumat yayıb

Prokurorluq restoranda cərəyan vurması nəticəsində ölən şəxslə bağlı məlumat yayıb
# 05 iyul 2021 11:19 (UTC +04:00)

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Səbail rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR