Prokurorluq Sumqayıtda şadlıq sarayında 18 yaşlı gəncin ölməsi barədə məlumat yayıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 10 noyabr 2021 15:17 (UTC +04:00)

Prokurorluq Sumqayıtda şadlıq sarayında baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR