Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın cinayət işi üzrə məhkəmə baxışı təyin edilib - YENİLƏNİB-1 - FOTO - VİDEO

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Eduard Dubakov

© APA | Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Eduard Dubakov

# 23 iyun 2021 10:53 (UTC +04:00)

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ona hüquqları izah edilib, dövlət hesabına vəkillə təmin edilib.

Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

***

10.40

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

Cinayət işi üzrə məhkəmə baxışının təyin olunacağı gözlənilir

***

07.16

Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Samir Əliyev sədrlik edəcək.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi, cinayət işi üzrə məhkəmə baxışın təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR