Qarabağda Ermənistan tərəfindən döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub

Qarabağda Ermənistan tərəfindən döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub
# 11 iyun 2021 12:21 (UTC +04:00)

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 23-ü saat 10:30-a təyin edilib.

Cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR