Qaradağ rayonunda yük avtomobili yol kənarındakı karantin postuna çırpılıb

Qaradağ rayonunda yük avtomobili yol kənarındakı karantin postuna çırpılıb
# 28 iyul 2021 09:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı karantin postuna çırpılması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR