Qaradağda yaşayış binasında yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB-1 - FOTO

Qaradağda yanğın baş verən yaşayış binası

© APA | Qaradağda yanğın baş verən yaşayış binası

# 01 dekabr 2021 12:06 (UTC +04:00)

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın FHN-in sauytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***

11.46

Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

11.36

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR