Qax sakini üzərinə dəmir qapı aşması nəticəsində xəsarət alıb

Qax sakini üzərinə dəmir qapı aşması nəticəsində xəsarət alıb
# 24 iyun 2021 21:36 (UTC +04:00)

Qaxda 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20:00 radələrində rayonun İlisu kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Səyalı Əhməd qızı Əfəndiyevanın üzərinə ehtiyatsızlıqdan dəmir qapı düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Əfəndiyeva Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol çiyninin sınığı və başının alın nahiyəsinin kəsilmiş-çırılmış yarası diaqnozu qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR