Qaxda 22 yaşlı oğlan göbələkdən zəhərlənib

Qaxda 22 yaşlı oğlan göbələkdən zəhərlənib
# 15 noyabr 2021 10:02 (UTC +04:00)

Qaxda 22 yaşlı gənc göbələkdən zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmircan kənd sakini, 1999-cu il təvəllüdlü Nicat İlham oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı N. Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda N. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR